"Bizim təhsil sistemimiz tərs-məzhəb qurulub" - Nazir

 

"Bizim təhsil sistemimiz tərs-məzhəb qurulub".

Paralel.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 

"Digər xarici ölkələrdə aşağı yaşda uşaqlarla məşğul olanlar ən yuxarı təhsil alan adamlardır".
Nazir Finlandiya təhsil sistemini nümunə çəkib:

"Məsələn, Finlandiyada aşağı yaşda olan uşaqlarla məşğul olan müəllimlərin minimum magistr və ya doktorantura dərəcəsi var. Bu hissədə təhsilə ayrılan vəsait və diqqət yuxarı siniflərlə müqayisədə daha çoxdur".

 

0.030363082885742