XİN: "Ermənistanın hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik"

XİN:
 

Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik.

Ölkə.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.

Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

 

0.016937017440796