Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat alıb

Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat alıb
 

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Bu barədə "Ölkə.az"a AFFA-dan bildirilib.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq. Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq.

 

0.016058921813965