Erməni siyasətçi: “Saatlar sonra hər şey pisləşə bilər”
“Azərbaycan faktiki olaraq Qarabağdan hansısa məsələdə etiraz edilməsini istəyir. Fərqi yoxdur hansı məsələ olsun, etirazdan dərhal sonra Azərbaycan konkret addımlar atacaq”
"Paralel.az" xəbər verir ki, bu sözləri erməni siyasətçi Tiqran Abramyan deyib.
O, Azərbaycana xarici təzyiqlərin artmalı olduğunu bildirib.
“Əgər Azərbaycana xarici təzyiqlər gücləndirilməsə, yaxın günlərdə, bəlkə də, saatlar ərzində hadisələr ağır mərhələyə keçə bilər”, – deyə o qeyd edib.