Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib

Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki
 

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçki"ləri pisləyib.

Bu barədə "Paralel.az" nazirliyin saytına istinadən xəbər verir.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən qınanır. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.

 

0.021452188491821