Qurban Qurbanov fransalı legionerdən imtina etdi 

Qurban Qurbanov fransalı legionerdən imtina etdi 
 

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün yenilənmiş iştirak ərizəsini UEFA-ya təqdim edib.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Siyahıda 25 futbolçunun adı yer alıb.

Daha əvvəl sifariş edilən Adama Diakabinin adı siyahıdan çıxarılıb. Qurban Qurbanovun gələcək planlarına daxil olmayan legionerin yola salınacağı gözlənilir.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov.

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 66. Patrik Andrade.

Hücumçular: 17. Hamidu Keyta, 19. Redon Cica, 18. Juninyo, 90. Nəriman Axundzadə

“Qarabağ” H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparacaq.

 

0.014596939086914