"Ronaldo təqaüdə göndərilib" - Agent

 

"Qızıl top" üçün əsas namizədlər Messi və Haalanddır.

Bu barədə futbol agenti Dmitri Selyuk açıqlayıb. 

"Üstəlik Mbappeni də əlavə edərdim, amma yenə də ilk ikisi mükafat uğrunda mübarizə aparacaq. Ronaldo yarışı tərk edib. Onun  Səudiyyə Ərəbistanına keçidi futboldan çox pulla bağlıdır. Buna görə də az adam portuqaliyalıya səs verəcək, o, artıq təqaüdə göndərilib, - deyə agent bildirib.

Səudiyyə Ərəbistanının ən-Nəsr və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 19 ildə ilk dəfə olaraq "Qızıl top"a namizədlər siyahısına daxil edilməyib.

 

0.025994062423706