AVRO-2024: Yeddi oyunla V tura yekun vurulur - AFİŞA

AVRO-2024: Yeddi oyunla V tura yekun vurulur - AFİŞA
 

Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Ölkə.Az xəbər verir ki, üç qrupda baş tutacaq yeddi görüşlə V tura yekun vurulacaq.

F qrupunda Azərbaycan millisi Belçikanı qəbul edəcək, İsveç isə Estoniyanın qonağı olacaq.

C qrupunda itkisiz irəliləyən İngiltərə yığması Ukrayna ilə üz-üzə gələcək.

İ qrupunun ən diqqətçəkən görüşü isə Rumıniyada olacaq. Yerli komanda İsraili sınağa çəkəcək.

AVRO-2024

Seçmə mərhələ

V tur

9 sentyabr

C qrupu

20:00. Ukrayna - İngiltərə

22:45. Şimali Makedoniya - İtaliya

Xal durumu: İngiltərə - 12 xal (4 oyun), Ukrayna - 6 (3), İtaliya - 3 (2), Şimali Makedoniya - 3 (3), Malta - 0 (4)

F qrupu

17:00. Azərbaycan - Belçika

20:00. Estoniya - İsveç

Xal durumu: Avstriya - 10 (4), Belçika - 7 (3), İsveç - 3 (3), Estoniya - 1 (3), Azərbaycan - 1 (3)

İ qrupu

20:00. Andorra - Belarus

22:45. Rumıniya - İsrail

22:45. Kosovo - İsveçrə

Xal durumu: İsveçrə - 10 (4), Rumıniya - 8 (4), İsrail - 7 (4), Belarus - 3 (4), Kosovo - 3 (4), Andorra - 1 (4)

 

0.021964073181152