Bakıda tanşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda tanşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
 

Bakının Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Paralel.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasıda şahid ifadələri dinlənilib.

Növbəti məhkəmə baxış iclası noyabrın 10-na təyin olunub.

Qeyd edək ki, bu ilin martın 9-da, saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-cı il təvəllüdlü qəsəbə sakini Elbrus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Mehman Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

 

0.067986965179443