Alimlərin son araşdırması bunların da zəhərli olduğunu təsdiqlədi

Alimlərin son araşdırması bunların da zəhərli olduğunu təsdiqlədi
 

İsveçin Göteborq Universitetinin alimləri müəyyən ediblər ki, ekoloji cəhətdən təmiz hesab edilən kağız qəhvə fincanları plastik qablar qədər insanlar və ətraf mühit üçün zəhərlidir.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Environmental Pollution” jurnalında dərc olunub. Təhlükə fincanların suya davamlı olması üçün istifadə edilən nazik örtükdən qaynaqlanır.

Elm adamları böcəklərlə bir sıra təcrübələr aparıblar: onları bu örtüyün parçalandığı suya və torpağa məruz qoyublar. Nəticədə sürfələrdə müxtəlif qüsurlar əmələ gəlib. Ekspertlərin fikrincə, oxşar risklər digər vəhşi heyvanlar və insanlar üçün də ola bilər.

Araşdırma nəticəsində aşkar edilən kimyəvi maddələrə ultrabənövşəyi (UV) stabilizatorlar, plastifikatorlar və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin zəhərli hesab etdiyi yuyucu nonilfenol daxildir.

Müəlliflərin fikrincə, bu maddələr endokrin pozğunluqlara, müxtəlif xəstəliklərə səbəb ola bilər.

 

0.012956857681274