Səudiyyə Fransa qırıcılarını almaq istəyir

Səudiyyə Fransa qırıcılarını almaq istəyir
 

Hazırda Amerikanın F-15 və Avropanın “Tayfun” qırıcılarından istifadə edən Səudiyyə Ərəbistanı Fransanın “Rafale” qırıcılarını almağı düşünür.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “Dassault Aviation” şirkətinin istehsalı olan “Rafale” qırıcıları ilə bağlı Səudiyyə Ərəbistanı müdafiə naziri və Fransa Silahlı Qüvvələr naziri arasında müzakirələr aparılıb.

Məlumata görə, Ər-Riyad potensial olaraq 200-ə yaxın təyyarə almağı planlayır.

 

0.01921010017395