Sentyabrın ilk “Açıq qapı”sında vacib məqamlar və statistik məlumatlar -VİDEO

Sentyabrın ilk “Açıq qapı”sında vacib məqamlar və statistik məlumatlar -VİDEO
 

Sentyabrın ilk “Açıq qapı”sında vacib məqamlar və statistik məlumatlar

SOCAR “Azəriqaz” İB-nin inzibati binasında ayın ilk “Açıq qapı” aksiyası keçirildi. Media nümayəndələri ilə görüşdə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev və Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev mühüm məqamları jurnalistlərin diqqətinə çatdırıblar.
İbrahim Kərbalayev çıxışında Şikayətlərin araşdırılması şöbəsinə avqusta ayı ilə yanaşı, həmçinin cari ilin 8 ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi ötən ilin anoloji dövrü ilə müqayisədə müraciətlərin azaldığını bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi isə yeni qazlaşma prosesi zamanı bəzi abonentlərin üzləşdiyi problemlərdən söz açıb. Eldəniz Vəliyev bu kimi halların yaşanmaması üçün abonentlərin podratçılarla iş birliyində rəsmi sənədlər vasitəsilə nağdsız ödənişlərə üstünlük vermələrini vacib hesab edib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Ətraflı video materialda:

https://youtu.be/ZfBH_ov6UdM?si=x_syMgNHDVE7sBC1

0.019213914871216