Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı artıb

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı artıb
 

Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı 2023-cü ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77% artaraq 204 461-ə çatıb.

“Paralel.az” xəbər verir ki, bu barədə “Welt” qəzeti Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Avqustda Almaniyada sığınacaq almaq üçün 27 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17% çoxdur. Beləliklə, səkkizinci ayda artıq 200 min nəfərlik hədd aşılıb.

Müraciət edənlərin əksəriyyəti Suriyadan (61,5 min nəfər - 2022-ci illə müqayisədə 81% çox), Əfqanıstandan (35,8 min nəfər, artım 81%) və Türkiyədən (28,7 min nəfər - artım 209%) olub. Almaniya tarixində sığınacaq axtaranların sayı yalnız 2015-2016-cı illərdə miqrasiya böhranının ən qızğın çağında və 1992-1993-cü illərdə Yuqoslaviya müharibəsi zamanı 2023-cü ildəki göstəricidən çox olub.

 

0.014536142349243