İlon Mask Ukraynanın Rusiya donanmasına hücum cəhdinin qarşısını alıb - DETALLAR

İlon Mask Ukraynanın Rusiya donanmasına hücum cəhdinin qarşısını alıb - DETALLAR
 

2022-ci ildə amerikalı iş adamı İlon Mask Krım yarımadası yaxınlığında "Starlink" peyk internetinin işini məhdudlaşdırmağı və bununla da Ukraynanın Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələrinə hücumunun qarşısını almağı əmr edib.

"Paralel.az" xəbər verir ki, bu barədə iş adamının sentyabrın 12-də ictimaiyyətə açıqlanacaq tərcümeyi-halında deyilir.

Materialın fraqmentləri CNN tərəfindən dərc olunub.

Məlumata görə, guya İlon Mask Ukrayna silahlı qüvvələrinin döyüş tapşırıqları zamanı onun peyk şəbəkəsindən istifadə edəcəyini gözləmirmiş.

"Starlink"”in bağlanması səbəbindən partlayıcı maddələr daşıyan Ukrayna sualtı PUA-larının əlaqəsi kəsilib və sahilə yuvarlanıb.

Tərcümeyi-halın müəllifi Walter İsaacsonun qeyd edib ki, iş adamı "Starlink"i qarşı tərəfə zərbə vurmaq üçün deyil, dinc məqsədlər üçün yaradıb.(Publika.az)

 

 

0.015352010726929