Zaxarova açıqladı: Paşinyanın jurnalistləri təqib etməsi...

Zaxarova açıqladı: Paşinyanın jurnalistləri təqib etməsi...
 

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda “Sputnik Ermənistan” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Bədəlyanın saxlanılmasına münasibət bildirib.

"Paralel.az" xəbər verir ki, Zaxarova qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır.

M.Zaxarova bildirib ki, söz azadlığı şüarı ilə hakimiyyətə gələn Paşinyan hökumətin jurnalistləri təqib etməsinə və informasiya yayımını bloklamasına inana bilmir.

Jurnalist və blogerin hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

 

0.019726037979126