FACİƏ! Külək darvazanı uşağın üstünə aşırdı, uşaq öldü
Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.
Paralel.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.
Bu zaman Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb.
Uşaq ağır bədən xəsarətləri alıb.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.