Ədliyyə Nazirliyi hansı partiyaları qeydə almayıb? - Açıqlamalar

Ədliyyə Nazirliyi hansı partiyaları qeydə almayıb? - Açıqlamalar
 

Bu həftədən başlayaraq Ədliyyə Nazirliyi siyasi partiyaların qeydiyyatı ilə bağlı müraciətlərə baxıb.

“AzPolitika.info” xəbər verir ki, artıq 10-a yaxın təşkilatın dövlət qeydiyyatı təsdiqlənib. Onların sırasında hakim Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Ana Vətən Partiyası (AVP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Haqq Ədalət Partiyası (HƏP) və s. təşkilatlar var.

Amma ölkənin siyasi həyatında populyar olan bir sıra siyasi partiyalarla bağlı hələlik qərar verilməyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı “AzPolitika.info”ya bildirib ki, Ədliyyə Nazirliyindən qeydiyyatla bağlı onlara hər hansı məlumat verilməyib.

AXCP sədrinin müavini Fuad Qəhərmanlı da nazirlikdən cavab almadıqlarını bildirib. O, partiyanın qeydiyyatında hər hansı problem yaranacağını güman etmir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdər Cəlaloğlu da “AzPolitika.info”ya bildirib ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin cavabında göstərilən qüsurları aradan qaldıraraq reyestr məlumatlarını yenidən nazirliyə göndəriblər.

“Hələlik heç bir cavab almamışıq, gözləyirik”, - Cəlaloğlu əlavə edib.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də qeydiyyatla bağlı yenilik olmadığını deyib.

Rasim

0.014862060546875