"STANET" istirahət mərkəzidir, yoxsa əxlaqsızlıq yuvası?! - Sıra hüquq - mühafizə orqanlarınındır

 

Bu günə qədər məlum deyil ki, Azərbaycanda dənizkənar əraziləri hasara almağa kim icazə verib? Ümumiyyətlə, son illər paytaxt Bakıda və regionlarda xeyli sayda istirahət mərkəzləri, hotellər açılıb, bunların çoxu insanlara tamamilə yanlış xidmət göstərirlər.

Amma adını "ailəvi istirahət mərkəzi" qoyan, hotellərin çoxunda hər gün kriminal hadisələr baş verir, qanunkənar faəliyyət göstərilir. Kim gedib dövlətə məxsus təbiət qoruğu olan meşənin 5-6 hektar ərazisini zəbt edib, orada istirahət kompleksi tikə bilər? Yaxud hansısa məmur-biznesmen Xəzər dənizinin sahilini hasarlayıb, orada restoran, hotel, istirahət mərkəzi yaradar?..

Dənizin hasarlanması və digər məsələlərlə bağlı vaxtilə Ulu Öndər çox kəskin, sərt çıxış etmiş və demişdi ki, bu hasarlar təcili sökülməlidir, dəniz və onun sahili xalqa məxsusdur. Lakin bir çox oliqarx məmurlar illərdir ki, Xəzər dənizinin sahilini özəlləşdirib hotellər, istirahət kompleksləri tikib milyonlar qazanırlar.

Belə istirahət yerlərindən biri də "SUNSET" mərkəzidir. Novxanı qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi ilə bağlı media üzərindən apardığımız xırda araşdırma nəticəsində məlum oldu ki, bir kişi istirahət mərkəzindəki hotelə gəlib, arvadını başqa bir kişi ilə tutub və onu boğaraq öldürüb!

Deməli, bu faciəvi xəbərdən məlum olur ki, bura yalnız hotel, istirahət mərkəzi deyil, həm də əxlaqsızlıq yuvasıdır! İstirahət mərkəzi həm də evlərə və ofislərə birbaşa yeməklər çatdırır. Amma müştərilərin çoxu deyir ki, bunların yeməkləri çox baha, keyfiyyətsiz, hətta insanları zəhərləyir! "SUNSET" istirahət mərkəzinin özünün pullu çimərliyi var. Bəli, kimliyi bizə məlum olmayan "arxası bərk" məmur-oliqarx Xəzərin sahilini hasarlayıb şəxsi çimərlik yaradıb, pul qazanır.

"SUNSET" istirahər mərkəzindən şikayətçi olan vətəndaş deyir ki, Novxanıdakı “Sunset” istirahət mərkəzinə daxil olarkən mühafizəçi avtomobilimi saxladı və pul ödəyəndən sonra buraxdı: 

"Sunset" qiymətləri çox baha olan istirahət mərkəzidir. Təsəvvür edin, sadəcə stol və stul götürmək 20 manatdır. Gerisini özünüz düşünün. Hovuzda üzmək, "lejanka” və digərlərinin hər birinin öz qiyməti var, yemək, su və ya çay istəsən, bunun da təbii ki, deyilən haqqını ödəməlisən. Üstəlik əgər avtomobilini istirahət mərkəzinin həyətində saxlamaq istəyirsənsə, bunun üçün mütləq "stoyanşik"ə "hörmət" etməlisən.

Bu istirahət mərkəzində tualet pulu, geyinib-soyunma otağı ayrı-ayrılıqda hər biri 50 qəpikdir. Əgər dənizə bir qədər yaxın oturmaq istəsən, 20 manat ödəməlisən, bir qədər içəridə olan çətirli stolların qiyməti 10 manatdır. Yox, əgər pulsuz istirahət etmək istəyirsənsə, ya dənizin kənarına ədyal salıb oturmalısan, ya da istirahət mərkəzinin girəcəyində olan ümumi restoranda əyləşməlisən.

Bu istirahət mərkəzlərində qiymət nisbətən ucuzdur. Məsələn, 1 çaynik çay 3 manat, qutab 50 qəpik, tikə kabab (3 tikə) 6-8 manat, toyuq kababı (3 tikə) 5 manat, salatlar 3 manat, kartof qızartması bir pay 3 manat, saciçi 15-20 manatadır. Biz hələ burada siqaret, tum, su satanlardan danışmırıq.

Onu da öyrəndik ki, stirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində xeyli insan yaralanıb və ağır zədə alıb. Bır sözlə, dövlət orqanları "SUNSET" istirahət mərkəzində baş verən əxlaqsızlığın, qanunsuzluğun dayanması üçün təcili tədbir görməlidir.(Gündəlik-Bakı.com)

Paralel.az

0.018790006637573