"Sevginin dəyəri qalmayıb indiki dövrdə. Qızları uşaqlıqdan mənasız nağıllarla böyüdürlər. O nağıllarda da onları ya sevgi, ya da oğlanın varlığı xilas edir. Qızlar da böyüyürlər o rəsmi reallaşdırmaq üçün boş-boş vaxt itirirlər”.
OLAY yazır ki, bu sözləri müğənni Səmra Rəhimli izləyicisinin “Sevgi yoxsa pul” sualını cavablayan zaman deyib.
“Ondansa qızlara savad və peşə öyrədib, gələcəyini qurmağı öyrətməlidirlər. Qızlar öz ayaqları üzərində dayanmalıdırlar və öz pullarını qazanmalıdırlar. Kişidən nə sevgi, nə də pul cəhətdən asılı qalmamalıdırlar. Biz az eqoist davranmalı olduğumuz dövrdə yaşayırıq. Ayaqlaşın” – deyə S.Rəhlimli bildirib.