Azərbaycanda daha bir casusun məhkəməsi başlayıb

Azərbaycanda daha bir casusun məhkəməsi başlayıb
 

Azərbaycanda xarici xüsusi xidmət orqanlarının cəlb etdiyi daha bir casusun məhkəməsi başlayıb.

Paralel.az APA-ya istinadən xəbər verir ki, Məhəmməd Qaedi müttəhimlər kürsüsündədir.  İş üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bildirilir ki, toplanmış çoxsaylı sübutlar əsasında Qaedi “xarici kəşfiyyat xidmətinin göstərişi ilə dövlət sirri təşkil edən məlumatlardan Azərbaycanın təhlükəsizliyinə zərər vurmaq üçün istifadə etmək məqsədilə, o cümlədən şəxsi məlumatlarını toplayıb.

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları, onların şəxsi məlumatları, onlarla əlaqə yaratmaq və onları xarici dövlətin kəşfiyyat orqanı ilə məxfi əməkdaşlığa cəlb etməyə çalışıb. 

Qaedi "casusluq" maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

0.14640021324158