Qarğadan çox yaşayır - 500 il yaşayan köpəkbalığı

Qarğadan çox yaşayır - 500 il yaşayan köpəkbalığı
 

Tropik Karib dənizində ən uzunömürlü onurğalı olan Qrenlandiya köpəkbalığı tapılıb.

Publika.az xəbər verir ki, bioloqlar bu yaxınlarda dəniz tədqiqatına əsasən təbii yaşayış yerindən minlərlə kilometr uzaqda sirli soyuq su köpəkbalığını aşkarlayıblar.

250 ildən 500 ilə qədər heyrətamiz ömür keçirən və Yer kürəsində ən uzunömürlü onurğalı olan Qrenlandiya köpəkbalığı Tropik Karib dənizində kəşf edilib.

Florida Beynəlxalq Universitetinin Yırtıcıların Ekologiyası və Mühafizəsi Laboratoriyasının bioloqu Devanşi Kasana, "Birdən biz suyun səthinin altında çox yavaş hərəkət edən, ləng bir məxluq gördük. Bu, tarixdən əvvəlki dövrlərdə mövcud olacaq bir şeyə bənzəyirdi", - deyə bildirib.

Kəşf "Qrenlandiya köpəkbalığı Arktika sularından Karib dənizinə köç edib, yoxsa həyatının çox hissəsini bölgənin tropik sularının dərinliklərində keçirib?" sualını gündəmə gətirib.

Bu sual cavabsız qalır, lakin daha çox sirli canlıların Karib dənizinin qaranlıq dərinliklərində gizləndiyi ehtimalı yüksəkdir. Qrenlandiya köpəkbalığı minlərlə metr su altında, tam qaranlıqda yaşayır və nadir hallarda rast gəlinir. Onların inanılmaz uzun ömürləri haqqında çox az təfərrüatlar bilinir. Suyun dərinliklərində yavaş-yavaş böyüyür, hərəkət edir və qocalırlar. Enerjiyə qənaət edən, yavaş templi həyat tərzi qida maddələri olmayan dərin dənizlərə mühüm uyğunlaşma hesab olunur.

 

0.014540195465088