..."Niyəsini heç mən də bilmirəm"

...
 

Xalq artisti Yasin Qarayev öz feyzbuk səhifəsində işlədiyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına indiyədək niyə "Milli" və ya "Akademik" statusunun verilməsindən gileylənib.
Xalq artistinin sözlərini olduğu kimi sizə çatdırırıq. İnanırıq ki, mədəniyyət nazirliyi Yasin Qarayevi narahat edən sualları tezliklə cavablandıracaq:

"Keçən mövsüm Mehriban xanım Ələkbərzadənin bizim teatrda hazırladığı "V.X.A." tamaşasınin məşqləri fasiləsiz, naharsız 8, bəzən də 10 saata yaxın davam edirdi. Düzdür, nəticə çox uğurlu və ürəkaçan oldu. Və tamaşaçılar dörd saatdan artıq davam edən tamasanı çox rahat və sevərək qarşıladılar. Bu öz yerində. Məni bir şey narahat edir. Çox çətin və gərgin iş rejimində işləyən və uğurlar qazanan bu teatrın hələ də heç bir statüsü yoxdur. Məsələn, "Milli", "Akademik" və s..
Görəsən axı niyə yoxdur? İş ordadır ki, niyəsini heç mən də bilmirəm."

Elman Eldaroğlu

"Paralel.az"

7.4808239936829