ABŞ-ın BMT-dəki keçmiş səfiri vəfat etdi

ABŞ-ın BMT-dəki keçmiş səfiri vəfat etdi
 

ABŞ Energetika Nazirliyinin keçmiş rəhbəri, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.

Paralel.az xəbər verir ki, bu barədə Riçardson Mərkəzinin vitse-prezidenti Mikki Berqmana istinadən CNN məlumat yayıb.

Son illərdə Nyu-Meksiko ştatının keçmiş qubernatoru Riçardson xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında dialoqda qeyri-hökumət xəttində iştirak edib.

Telekanalın məlumatına görə, Riçardson Massaçusetsdəki yay evində vəfat edib.

 

0.015395879745483