Rayonlarda məktəbli formalarının satışında qıtlıq var? - AÇIQLAMA

Rayonlarda məktəbli formalarının satışında qıtlıq var? - AÇIQLAMA
 

Artıq yeni tədris ili başlayır. Bu ildən tətbiq olunan yeni məktəbli formaları üçün artıq valideynlər satış məntəqələrindən geyimləri əldə etməyə başlayıb. Bundan əlavə, rayonlardan Bakıya məkəbli forması almaq üçün gələnlər var.

Metbuat.az rayonlarda məktəbli formalarının satış yerləri ilə maraqlanıb. Tikişi və satışı həyata keçirən fabrikləridən biri - "Bakı Tikiş Evi"nin rəhbəri Etibar Əzimov sorğumuza cavaba olaraq bildirilib ki, Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı, Şirvan, Qax, Qəbələ, Şamaxı, İsmayıllı rayonlarda satış yerləri fəaliyyət göstərir. Bundan əlavə, valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər.

"Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva bildirib ki, hazırda 6 regional bölgədə 42 mağazası mövcuddur. Abşeron, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kürdəmir, Ucar, Göyçay, Sumqayıt, Xırdalan, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonlarında bu fabrikin satış məntəqələri var:

"Lakin valideynlər daha çox Sədərəkdə satılan sintetik mallara üstünlük verirlər. Bu da çox təhlükəlidir. Dəfələrlə də aidiyyəti qurumlara bununla bağlı məlumat vermişik. Yəqin Sədərəkdə ucuz malların reklamını görürlər və gəlirlər almağa. Amma regionlarda bizim satış məntəqələrimiz mövcuddur".

Bundan başqa, Azərbaycanda məktəbli forması istehsal edən 5 fabrik fəaliyyət göstərir.

Yeni tədris ilindən Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır.

Qeyd edək ki, bu gün Siyəzəndən Bakıya məktəb forması almaq üçün gələn ailə qəzaya düşüb. İki nəfər - ata və uşağı vəfa edib, 7 nəfər yaralanıb.

0.015100955963135