Bu avropa ölkəsində skuterdən istifadə qadağan edildi

Bu avropa ölkəsində skuterdən istifadə qadağan edildi
 

Tez-tez ölümlə nəticələnən qəzalarla gündəmə gələn elektrikli skuter Fransada qadağan edilib.

Paralel.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, paytaxt Parisdə aprel ayında keçirilən referendum nəticəsində qadağan edilən nəqliyyat vasitəsi küçələrdən yığışdırılıb.

Belə ki, Paris əhalisinin 7,5 %-i referendumda iştirak edib. 

Qeyd edək ki, elektrikli skuterlər ilk dəfə 2018-ci ildə Parisdə istifadə edilib.

Uzun müddət mübahisə hədəfinə çevrilən bu nəqliyyat vasitəsinin ləğvi ilə bağlı qərarla Paris ilk avropa şəhəri olub.

Qadağanın digər Avropa ölkələrində də tətbiq olacağı gözlənilir.

Günay

Ölkə.az

 

0.027172088623047