Gürcüstan prezidentinə impiçment

Gürcüstan prezidentinə impiçment
 

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası prezident Salome Zurabaşviliyə qarşı impiçment qaldırmaq barədə qərar verib.

Paralel.az ” xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, partiyanın Siyasi Şurasının iclasında Gürcüstan prezidentinə qarşı impiçment proseduru başlamaq qərarına gəliblər.

Kobaxidze əlavə edib ki, impiçmentin baş tutması üçün 100 parlamentarinin dəstəyi lazımdır və müvafiq olaraq, radikal müxalifətin səsləri olmadan impiçmentin icra perspektivi yoxdur. 

Partiya sədri onu da bildirib ki, bu, onların Gürcüstan Konstitusiyası qarşısında məsuliyyətidir.

“Gürcüstan Konstitusiyasının kobud şəkildə pozulmasına hər hansı göz yumulması qanunun aliliyinə və demokratik konstitusiya sisteminə xələl gətirir, buna yol verə bilmərik. Bundan əlavə, impiçment proseduru radikal müxalifətin və Salome Zurabişvilinin Gürcüstanın dövlət maraqlarına, o cümlədən Gürcüstanın namizəd statusu almasına qarşı yönəlmiş ümumi gündəliyini bir daha ifşa edəcək. İmpiçment proseduruna başlamaq üçün yaxın günlərdə parlament çoxluğu üzvlərinin imzaları toplanacaq və müvafiq konstitusiya təqdimatı ilə Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, - Kobaxidze bildirib.

 

 

0.013369083404541