Abşeron rayon hüquq-mühafizə orqanları "Tri Palma" hotelinin əxlaqsızlıq yuvasına çevrilməsinə niyə göz yumur? - Araşdırma

Abşeron rayon hüquq-mühafizə orqanları
 

Abşeron rayonu, Masazır yaşayış məntəqəsi ərazisində fəaliyyət göstərən “Tri Palma” hoteli əxlaqsızlıq yuvasıdır və hər gün intim əlaqə üçün görüşənlərə xidməti edir. Yəni hal-hazırda adı çəkilən bu obyekt hotel kimi deyil, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Amma rayon hüquq-mühafizə orqanları bunu görmür.

Paralel.az “Azərbaycan Reallığı”na daxil olan məlumata istinad edərək, bu fakt üzrə araşdırma apararaq, baş verən hadisələrin səbəbini müəyyən edib ki, hotel inşa edilən zaman obyekt sahibi “Tri Palma”nı elə bir “proyekt” əsasında inşa etdirib ki, hotelin otaqları məxsusən qadınların cinsi istismarı üçün nəzərdə tutub. Məsələn, təqribən 10-15 otaqdan ibarət olan “Tri Palma” hotelində intim görüşə gələn cütlüklər üçün lazım olan hər cür şərait yaradıb.

Onu da bildirək ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutması onunla bağlıdır ki, hotel adı ilə fəliyyət göstərən əxlaqsızlıq yuvası nisbətən diqqəti çox cəlb edən yerdən kənardır. Bu hal əxlaqsızlıqla məşğul olan şəxslərin murdar əməlinin ifşasının qarşısını almaq və biabırçı hallardan qorunmaq üçün nəzərdə tutulub.

Təəssüf ki, “Tri Palma” kimi məşhur hotelin adını daşıyan obyekt ərszidə yaşayan əhalinin əksəriyyəti əxlaqsızlıq yuvası kimi tanıyır. Axı, bu gün hər kəsin düşüncəsində hotel adı daşıyan məkanlar dincəlmək, istirahət etmək və digər xoşməramlı tədbirləri keçirmək məqsədilə fəaliyyət göstərən mərkəz başa düşülür.

Əslində, “Tri Palma”ya hotel adının verilməsi və bu ünvanın Abşeron rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq yuvasına çevrilməsi, hər kəsdə hotellər barədə arzuolunmaz halların məkanı kimi tanınmasına şübhə yaradır. Görəsən, adını “Tri Palma” hoteli yazmaq əvəzinə, birbaşa üçulduzlu "“Tri Palma” əxlaqsızlıq yuvası" yazılsaydı, daha uyğun olmazdımı?!

Məsələn, gəlin görək, Qərb və Avropa ökələrində intim əlaqəyə ehtiyacı olan insanların bioloji təlabatını ödəmək məqsədilə, həkim nəzarəti altında, sanitar-gigiyena qaydaları ilə tam təmin olunmuş, hər cür şəraitə malik pullu intim xidmət göstərən dövlət müəssisəsinin fəaliyyət göstərməsi daha faydalıdır, yoxsa "Tri Palma" kimi adı hotel, ailəvi istirahət mərkəzi yazılan, əslində, əxlaqsızlıq yuvası kimi, fəaliyyət göstərən böyük təhlükə mənbəyi olan istirahət və ictimai iaşə xidməti obyeklərinin insanları həm maddi, həm mənəvi, həm də fiziki məhv edən əxlaqsız yuvaları daha çox faydalıdır?!

Hazırda "Tri Palma" kimi ölkədə əxlaqsızlıq yuvasına çevrilmiş hotel və ailəvi istirahət mərkəzləri geniş yayılıb. Bunun əsas səbəblərindən biri odur ki, RPŞ-nin bəzi üzdəniraq rəisləri əxlaqsızlıq yuvalarını himayə edirlər, qazanc mənbəyi kimi qoruyur və şəbəkələri genişləndirirlər. Aydın müşahidə olunan, çox təhlükəli haldır ki, əxlaqsızlıq yuvalarında müştərilərə narkotik və psixotrop maddələrlə də xidmət göstərilir.

Bir sözlə, ölkədə fəaliyyət göstərən hotellərin və ailəvi istirahət mərkəzlərinin əksəriyyəti əxlaqsızlıq yuvası kimi əxlaqsız insanlara çox təhlükəli xidmət edir. Burada qadınlar cinsi istismar məruz qalçaqla yanaşı, digər cinayət xarakterli hadisələr də baş verir. Maraqlıdır ki, əksər hotellərdə kriminal hadisələr baş versə də, hotel sahiblərinin məsuliyyətə cəlb olunması hadisəsilə bağlı cinayət işinə rast gəlinmir.

Hər gün hotellərdə xeyli miqdarda pul əldə olunsa da, həmin puldan vergi tutulmur, çünki əxlaqsız yuvası kimi fəaliyyəti göstərən əksər hoteldə kassa aparatı yoxdur. Çünki hotel sahibi vergi orqanları ilə qarşılıqlı sövdələşməyə girir və hotellər dövlətə vergi vermir, dövlət vergisinin az hissəsini vergi orqanında çalışan şəxslərə verərək, dövlətə ziyan vururlar.

Xəbər verən mənbənin məlumatına görə, “Tri Palma” hotelində qanunsuzluq halları demək olar ki, hər gün baş verir. Məsələn, hotelə cinsi əlaqəyə girməyə gələn cütlüklərdən nigah barədə şəhadətnamə tələb olunmur. Hoteldə çalışan işçilərin əmək müqaviləsi yoxdur və bu müqaviləni mütəmadi yoxlamalı olan dövlət orqanları vəzifə borcunu yerinə yetirmək əvəzinə rüşvət alırlar. Hotelinin sahibləri sanki Abşeron rayonunda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının gözünü cadu ilə elə bağlayıblar ki, hoteldə baş verən kriminal hsdisələri hamı görsə də, xırda cinayətin qarşısını alan rayonun dövlət nəzarət orqanları hoteldə hər gün baş verən kriminal hadisələri nədəsə, görmür!

Masazırda 'TRİ PALMA' adlı əxlaqsızlıq yuvası...
Masazırda 'TRİ PALMA' adlı əxlaqsızlıq yuvası...
Masazırda 'TRİ PALMA' adlı əxlaqsızlıq yuvası...

Paralel.az
0.025096893310547