“Bu, ölkənin və hakimiyyətin xeyrinə deyil”– İranın keçmiş prezidenti hökuməti tənqid edib

“Bu, ölkənin və hakimiyyətin xeyrinə deyil”– İranın keçmiş prezidenti hökuməti tənqid edib
 

İranın sabiq Prezidenti Həsən Ruhani keçmiş hökumət rəsmiləri ilə vaxtaşırı keçirilən toplantıda iştirak edərkən, hazırkı hökumətə və parlamentə qarşı tənqidi fikirlər səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının kütləvi şəkildə işdən çıxarılmasına belə münasibət bildirib: “Bu gün 85 milyon iranlı barədə qərar qəbul etmək cəmi bir neçə nəfərə tapşırılıb. Onların isə ümumi sayı bir neçə yüz min nəfərə belə çatmır. Universitetləri görkəmli professorlardan məhrum etmək elmə və ölkəyə zülmdür. Bu, ölkənin və hakimiyyətin xeyrinə deyil”.

0.10429906845093