Priqojin Bakıya gəlib? - Dadaş Əhmədli

Priqojin Bakıya gəlib? - Dadaş Əhmədli
 

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgini Priqojinin olduğu təyyarənin partlamasından bir həftə vaxt keçsə də, hələ də bu hadisə üzərində müəmmalar qalmaqdadır. Əksər analitiklər Priqojinin öldüyünü söyləsələr də, onun sağ qaldığını deyənlər də var. Müəmmalı məsələlərdən biri də Priqojinə məxsus ikinci təyyarənin Bakıya gəlməsi ilə bağlıdır. Bu məsələ ölkə KİV-lərində müzakirə olunmasa da, ölkədən kənarda fəaliyyət göstərən internet rusurslarında – interner TV-lərdə, bloqqerlərin səhifələrində xeyli müzakirə edilir və ən müxtəlif versiyalar səslənir. Ən qəribə yanaşmalardan biri keçmiş KGB əməkdaşı Sergey Jirnova məxsusdur. Dünənə qədər Yevgeni Priqojinin 24 iyun qiyamından az sora qətlə yetirildiyini deyən S.Jirnov iki gündür ki, tamamilə bunun əksini söyləməkdədir. Hətta, youtube kanallarında ekstern verilişlərə çıxah keçmiş KGB-çi Priqojinin ölmədiyini, sağ olduğunu, hətta, ikinci uçaqla Bakıya gəldiyini iddia edir.

Bəs, Sergey Jirnovun bu iddiası nəyə əsaslanır. Özünün də dediyinə görə, bundan iki gün əvvəl özünü xarici kəşviyyat xidməti generalı kimi təqdim edən şəxslə teledebatda olan Jirnov generalın Priqojinin sağ olması ilə bağlı iddiasının əsası olmadığını bildirib. Ancaq iki gün sonra özü də bu versiyanın doğru olduğunu söyləyir. Sergey Jirnov fikrini bununla əsaslandırır ki, təyyarə qəzasını tədqiq edən komissiyanın rəyindən belə qənaətə gəlib. Komissiya bildirib ki, təyyarəyə minmiş adamlarla orada həlak olmuş adamların şəxsiyyətləri üst-üstə düşür. Bu ifadənin oxuyan Jirnov iddia edir ki, Yevgeni Priqojin şəxsən həmin təyyarəyə minməyib. Keçmiş kəşfiyyatçının dediyinə görə, Rusiyada ən azı 4 Yevqeni Viktoroviç Priqojin adlı şəxs var. Buna qədər onlardan biri Lionid Nikolayeviç Krasavin, biri Ruslan Yunusov, biri isə Dmitri Alekseyeviç Alekseyev imiş. Hansısa səbəbdən 4 il öncə onlar adlarını dəyişməli olublar və məhkəmə onların iddiasını təmin edib. Əsil Priqojinin isə 24 iyun hadisələrindən sonra Peterburqdakı evindən müxtəlif adlar altında pasportları aşkar edilmişdi. Ruslan Yunusov hazırda həbsdə olduğundan təyyarədə ölənin digər iki şəxsdən biri olduğunu ehtimal etmək olar. Jirnov həmçinin, Rysiya prezidenti Vladimir Putinin başsağlığı verərkən yayğın cümlələrdən istifadə etməsini də Priqojinin ölmədiyi ilə əlaqəli olduğu qənaətini bölüşür.
Təyyarənin partlamasından bir gün sonra isə əsil Priqojin Bakıya uçub və buradan da ya Afrikaya, ya da hansısa üçüncü ölkəyə gedib. Bu gün rastlaşdığım başqa bir məlumat da bu baxımdan xeyli maraqlı gəldi. Belə ki, məlumatda bildirilir ki, dünən səhər saatlarında Rusiya prezidenti Vladimir Putin özünü pis hiss etməkdən şikayətlənib və ona təcili olaraq həkimlər çağırılıb. Müayinədən və qəbul etdiyi dərmanlardan sonra özünü bir qədər yaxşı hiss etsə də, günün birinci yarısında qapalı iclasda iştirakdan imtina edib və hesabatları qəbul etməyib. Axşam saatlarında prezidentə “Priqojin” və Priqojinin Vaqner ÖHŞ-dəki müavini Çekalovun dəfn edilməsi üzrə “xüsusi əməliyyat” barədə məlumat verilib. Prezidentə məlumat verilib ki, hər şey səhər təsdiqlənmiş məxfi plan üzrə gedir və onun həyata keçirilməsində heç bir problem yoxdur. Putin təfərrüatları soruşub və eşitdiklərindən məmnun qalıb. Xəbərdən dərhal sonra prezident “mərhumla” videobağlantı vasitəsilə əlaqə saxlamağı tapşırıb və bu, 15 dəqiqə ərzində həyata keçirilib. Priqojin sağ və salamat xaricdən Putinlə iyirmi dəqiqəlik söhbət edib, orada bir daha və nəhayət, əmlakın və təsir sahələrinin yenidən bölüşdürülməsi şərtlərini, habelə, işlərin kimlərə ötürülməsini müzakirə ediblər. Prezident və Vaqner ÖHŞ-nin keçmiş rəhbəri əvvəlki öhdəliklərini təsdiqləyiblər. Söhbətin isti sonluğuna görə, hər ikisi ümumi işin belə bitməsindən razı qalıblar.

P.S. Sergey Jirnovun müsahibəsini şərh yerində yerləşdirirəm.

"Paralel.az"

0.030820846557617