Azərbaycanda maraqlı, bəlkə də qəribə bir tendensiya müşahidə olunur...

Azərbaycanda maraqlı, bəlkə də qəribə bir tendensiya müşahidə olunur...
 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Azərbaycanda maraqlı, bəlkə də qəribə bir tendensiya müşahidə olunur.

Uzun illər özəl İT sektorda çalışanlar, dünyanın ən nəhəng İT şirkətlərinin ölkə üzrə rəhbəri vəzifəsində çalışanlar sonradan bir anda dövlət sektoruna keçirlər.

Məsələn :

1. Qaçay Mirzəyev - İT sektorunda çoxillik təcrübəyə malikdir, “BP-Azerbaijan”-da, 10 ildən çox müddətdə “Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə, Nümayəndəlik ləğv olunanadək adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub.
Hazırda "Azərbaycan Hava Yolları” QSC-nin İnformasiya Texnologiyaları İdarəsinin rəisi vəzifəsində çalışır.

2. Rüfət Hacıəlibəyov - HP, "Microsoft", SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik təcrübəyə malikdir.
Hazırda Səhiyyə nazirinin İT məsələləri üzrə müşaviridir.

3. Sərxan Həşimov - 2017-ci ilədək "Microsoft Azərbaycan" nümayəndəliyinin rəhbəri və "Microsoft" MDB nümayəndəliyinin idarə heyətinin üzvlərindən biri olub, Oracle, SAP və digər qlobal şirkətlərdə işləyib.
Hazırda Dövlət Vergi Xidmətinin Rəqəmsal Transformasiya Şurasının sədri, Xidmət rəisinin İT məsələlər üzrə müşaviri vəzifələrində çalışır.

Maraqlıdır, görəsən bu seçimləri onlar məcburən, zorən, seçim imkanı olmadan ediblər, yoxsa özlərinin arzusudur.

Düşündürücü məqam odur ki, görəsən bu cür nəhəng İT təcrübəyə malik şəxslərin potensialından biz ölkənin inkişafı üçün yetərincə bəhrələnə bilirikmi?

"Paralel.az"

0.027498006820679