Bakıda həmyaşıdını bıçaqlayan şəxs hökmdən narazıdır

Bakıda həmyaşıdını bıçaqlayan şəxs hökmdən narazıdır
 

Bakıda 20 yaşlı gəncı bıçaqlamaqda təqsirli bilinən Elnur Mİrzəyev Ali Məhkəməyə şikayət edib.

Paralel.az xəbər verir ki, onun şikayətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkjəmə baxış ilcası oktyabrın 26-na təyin olunub.

Qeyd edək ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 20 yaşlı İsfəndiyar Salmanov qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2002-ci il təvəllüdlü Elnur Mirzəyev olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

 

0.0097708702087402