Fransanın da Laçın sərhədində burnu ovulacaq - AÇIQLAMA

Fransanın da Laçın sərhədində burnu ovulacaq - AÇIQLAMA
 

Ermənistan və onun arxasında dayanan onlara bənzər məxluqlar Cənubi Qafqazda sülh prosesini pozmaq üçün Azərbaycana qarşı müxtəlif fitnələrə əl atırlar.

Bunu “Paralel.az ”a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, son vaxtlarda daha çox özlərini “beynəlxalq hüququn müdafiəçisi” adlandıran Fransa bölgədəki sülh pozuculuğu prosesində “aktivlik” nümyiş etdirir. 

“Özünü dünyada “beynəlxalq hüququn aliliyinin” tərəfdarı kimi bəyan edən Fransa bu gün “müdafiə ediyi” qanunlara hayqırı nümayiş etdirərək, işğalçılığı, terroru dövlət siyasəti səviyyəsində həyata keçirən   Ermənistan havadarlıq edib onların bu hərəkətlərinə bəraət qazandırırlar. Onlar ermənilərin 30 ildən artıq müddətdə Azərbaycanda etdiyi vəhşiliklərə, vandalizmə hərbi cinayətkarlığa, soyqırıma, terrorun bütün növlərinə göz yumublar. Hər şeyi görməzlikdən gələrək, sanki belə bir  dəhşətli hadisələr baş verməyib. Amma Azərbaycan beynəlxalq hüquqa, o cümlədən BMT TŞ və digər beynəlxalq təşkilatların  Ermənistanın işğalçılıq siyasətinə son verməsi ilə bağlı qərarları icra edib, öz ərazi bütövlüyünü təmin etməsi və ölkə daxilində qayda-qanun yaratmasına  dəstək vermək əvəzinə, bizə irad tutub ittiham edirlər. Bu, ilk növbədə Fransanın beynəlxalq imicinə zərbədir”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu azmış kimi, Azərbaycana qarşı beynəlxalq səviyyədə təxribat hazırlayıb sülh prosesini pozurlar: “Bu, Fransanın neoimperialist siyasətinin bariz təzahürüdür. Çünki Fransa beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müstəqil dövlət kimi Azərbaycanın suveren hüquqlarına nümayişkəranə şəkildə hörmətsizlik nümayiş etdirərək ermənilərin “humanitar karvan” şousunun ən “aktiv” iştirkaçısı və  bir nömrəli “ilhamverici” ölkəsidir. Lakin Fransa unutmasın ki, onun indiyədək anti-Azərbaycan cəhdləri boş çıxdığı kimi. bundan sonrakı təxribatçı cəhdləri puç olacaq. Onların burnu növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsində ovulacaq. Cənab Prezident avqustun 26-da Laçındakı bəyanatı Fransa və digər erməni havadarlarına dərs olmalıdır və onlar bundan nəticə çıxarmalıdır. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib və hər hansı ölkənin ərazisinə iddiası yoxdur. Ermənilər və onlarabənzər məxluqlar nəhayətində anlamalıdırlar ki, biz öz əzəli torpağımızdayıq və bu torpaqları müdafiə etmək gücündəyik. Azərbaycan artıq çoxdan dünyaya sübut edib ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Edilən bütün cəhdlər iflasa uğrayacaq. Fransa da növbəti cəhdlərinin iflasa uğrayıb biabırçı formada  ifşa olmaq istəmirsə, ziyanın yarsından geri çəkilsə yaxşı olar. Onlar Azərbaycanın qətiyyətli iradəsi nəticəsində heç nəyə nail ola bilməycəklər”.

 

0.013942003250122