Qarabağ əlilinin qan(haqq)ını soranlar kassasiya şikayətinə də qadağa qoydururlar

Qarabağ əlilinin qan(haqq)ını soranlar kassasiya şikayətinə də qadağa qoydururlar
 

Qarabağ əlilinin qan(haqq)ını soranlar kassasiya şikayətinə də qadağa qoydururlar

Bakı Apellyasiya Məhkəməsinin 03.08.2021 tarixli qərarı 30.08.2023-cü ildə verilib?!

Ali Məhkəmə aşağı instansiyanın qərarını 2 ildən sonra verməsinə şikayətin gec yazılması saxtalığı ilə baxmaq istəmir.

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “doğma” məmurların cinayətkar saxtalıqla pensiyasının yarısını apardığı , respublikadan kənarda müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin məhkəmə təminatı hüququna da kobud qadağa qoyulmasından çox yazılıb. Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev qanuni qüvvəsi olmayan saxta məhkəmə qətnaməsinə özbaşına qüvvə verib,  Qarabağ qazisini olmayan icra sənədi ilə dələduz “Rəvan” sığorta şirkətinə “borclu” edib. Heç bir məhkəmə də Ədliyyə Nazirliyinin(ƏN) basqısı altında icra məmurunun özbaşınalığına , saxta sənəd tərtib etməsinə hüquq qiyməti vermək istəmir. “İcra savadlığı”na baxın, “İcra haqqında” qanundan bilgisizdirlər. Belə savadla DİM-in ( Dövlət İmtahan Mərkəzi) testindən necə və neçəyə keçirlər, görəsən? Bəs ƏN-in söhbətləşməsinin haqqı nə qədərdir? “İcra haqqında” qanunun 68.1.2 maddəsində yazılıb:” TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ” . Bəs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və təbii ki, icra sənədi olmamağı bir yana,  Vətənə xidmətdə ağ ciyərinin üçdən ikisini itirib əlil olan  Qarabağ qazisinin qanhaqqına saxta borc məbləği necə yönəldilib? DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Qarabağ qazisinin qanpulunu hansı hüquqla, haqqla dələduzlara ödəyib ? Necə olur, bu filial qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmir, amma məktubla Qarabağ qazisinin pensiyasını yarıqat edir? Bəs Hesablama Palatası, Maliyyə Nazirliyi, prokurorluq nəyə və neçəyə nəzarət edirlər? Bəs məhkəməyə nə gəlib?

Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev 2 dəfə Ali Məhkəmənin ləğv etdiyi işə yenidən  hakim təyin edilib və təbii ki, nə özü-özünə etiraz edib, nə də özünə edilən etiraz(lar)ı məhkəmə sədrinə verib. Bakı Apellyasiya Məhkəməsi lap “gül vurub”. Sədri Səadət Bəktaşi olan heyətin tərkibində əvvəllər iş üzrə hakim olmuş Aida Hüseynə iddiaçı Qarabağ əlilinin etirazına da baxılmayıb. “Ədalət” adına deyək ki, 2 ildən sonra verilən Bakı AM-in 03.08.2021 tarixli qərarını imzalayanlar arasında Aida Hüseynin adı “çıxmayıb”. Bu da bir cinayətkar saxtalıq, qərarı iclasda , baxışda iştirak etməyən hakimlər imzalayıb!(?)

2 ildən sonra bu ilin mayında medianın yardımı ilə 03.08.2021 tarixli qərarı alan Qarabağ əlili anında kassasiya şikayəti vermək üçün vəkillə təminatına ərizə verib. 20 saylı vəkil bürosundan ayrılan vəkil kassasiya şikayətini qəraddadı alandan on gün keçmədən  yazıb və elə həmin gün- 23.06.2023-cü ildə şikayət rabitə orqanına təqdim edilib . İndi, elə bu gün- 29.08.2023-cü ildə Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov reabilitasiya ocağında müalicədə olan iddiaçı Qarabağ əlilinə və vəkilinə bildirişlə şikayətin gec verildiyini, 04.09.2023-cü ilə kimi çatışmazlığı aradan qaldırmağı bildirib. Səyyad Kərimov 31.07.2023-ə imzaladığı, 29.08.2023-də təqdim etdiyi bildirişlə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 03.08.2021 tarixli qərarı iddiaçıya 30.08.2023-cü (?-sabah?-M.B)  ildə təqdim edilib və.. bundan iki ay bir həftə qabaq -23.06.2023-də şikayət rabitə orqanına verildiyindən, İPM-in 94.1 maddəsinə əsasən 1 aylıq müddət ötürülüb. Belə çıxır, 23 iyun 30 avqustdan sonra gəlir ?! Texniki yanlışlığı bir qırağa qoyaq, bəyəm Ali Məhkəmə hakimi bilmir ki, prosessual müddətlə bağlı  MPM-in uyğun maddəsi tətbiq olunur? Bilmir ki, vəkilin məcburi iştirakı tələb olunduqda vəkil ayrılması haqqında qərardadın rəsmi qaydada verildiyi gündən müddətin axımı başlayır? Ali Məhkəmə aşağı instansiyanın qərarının 2 ildən sonra verilməsi qeyri-prosessuallığına, icra sənədi olmadan, olsa belə,  qanunun yol vermədiyi pensiyanın yarıqat edilməsinə hüquq qiyməti vermək əvəzinə, qarşı yanın- ƏN-in icra məmurlarının, DSMF-in pensiyanı yarıqat edən qurumunun sifarişi ilə şikayəti mümkün saymamağa bəhanə axtarır ?

Qarabağ qazisinə dövlət hesabına ayrılan vəkil Ali Məhkəməyə müddətin ötürülməməsini anladacağını deyib. Müddətin ötürülmədiyini Səyyad Kərimov bilməmiş olmaz. Yəqin “Şəki “dövləti” adından qərarla qərardadı dəyişik salan “Konstitusiya aktı” kimi, bu bildirişi də özü tərtib etməyib, sadəcə oxumadan imzalayıb. Lenin və keçmiş spikerimiz belə yedə deyib: “ Oxumaq, oxumaq, yenə də oxumaq!”

Məğrur Bədəlsoy

 

 

 

 

 

 

0.074903011322021