Baba Rzayev üçün qanun yoxdur?! - "Mingəçevir REŞ"-də Əmək Məcəlləsi kobud şəkildə pozulur
Paralel.az Ovqat.com-a istinadla xəbər verir ki, bu barədə qurumun işçiləri məlumat veriblər.
İşİşçilərin bildirdiyinə görə, son zamanlar Mingəçevirdə havanın temperaturu 45 dərəcəni keçirdi. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 41 dərəcədən artıq qeydə alındıqda, işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. Yəni xalq dililə desək, işi dayandırmalı və ya işçiləri kölgədə işlətməlidir.
Mingəçevir REŞ MMC-nin rəhbərliyi isə qanunvericiliyin bu tələbinə məhəl qoymur, işçilərindən açıq havada günəşin altında işləməyi tələb edir. Özü də səhər saat 8.00-dən axşam saat 17.00-yə qədər elektikçiləri qızmar günəşin altında dayanmadan çalışırlar.
"AZƏRENERJİ" ASC - nin prezidenti Baba Rzayev isə "Mingəçevir REŞ" MMC-nin rəhbərliyinə "gözün üstə qaşın var" demir. Bir sözlə, ASC prezidenti işçilərin sağlamlığı barədə olan mövcud qanuna əməl etmək barədə heç vaxt düşünmür, Əmək Məcəlləsinin 233-cü maddəsinə əməl etmir, yalnız rəhbərliyi altında gedən maxinasiyalardan qazandığı gündəlik mənfəətini hesablayır.
İddialara görə, iki həftədən çoxdur ki, Mingəçevirdə temperatur 45 dərəcəni keçir. Hətta bu səbəbdən rayona günvurma halları da qeydə alınıb. Kondisionerli kabinetdə əyləşib sərinliyin keyfini çıxaran REŞ rəhbərliyi isə, cəhənnəm odunda qovrulan işçilərinin nə şikayətinə belə qulaq asmaq istəmir.
Mingəçevir REŞ MMC-nin işçiləri bu cəhənnəm əzabının müqabilində cəmi 280 manat maaş alırlar..
İşçilər düşünür ki, Baba Rzayev "Mingəçevir REŞ" MMC-də baş verən qanunsuzluğa göz yumursa, bəs dövlət haradadır?!..
Paralel.az