Əslində Fransa çox böyük oğrudur - Çingiz Şahbazi
İldə 50 ton qızıl istehsal edən və Afrika qitəsinin ən çox qızıl mədəninə sahib ölkələr arasında üçüncü olan və 860 qızıl mədəninə sahib Mali respublikasının qızıl rezervi sıfıra bərabərdir. Çox maraqlıdır,heç qızıl mədəninə sahib olmayan Fransa isə qızıl rezervi üzrə dünyada dördüncü yeri tutur və bu rəqəm 2436 ton göstərilir.
Bu iki ölkə haqqında daha bir maraqlı məqam qeydə alınıb. Hansı ki, Fransaya ehtiyac üzündən gələn və yenədə ehtiyac üzündən bir şampun oğurlayan Maliliyə oğurluq maddəsi ilə Fransa hökuməti ən ciddi cəza tətbiq edir. Amma Fransa və fransızlar dünyanın ən model, mədəni və çağdaş ölkəsi və insanları kimi tanınır və təqdim edilir. Elə bizdə Azərbaycanda da bu belə bilinməkdədir. Dünya belə bildikdən sonra əlbəttə ki fransızlar hər kəsi özündən axmaq hesab edərək daha da irəli getməyi düşünəcəkdir. Biz bunu Fransanın qəbul etdiyi irqçiliyə bürünmüş qanunlarında və polis qüvvələrinin keçirdiyi əməliyyatlar çərçivəsində irqçi davranışların tətbiq edilməsi zamanı, xüsusi olaraq şahidi olmuşuq.
Əslində Fransa çox böyük oğrudur və xalqlar arasında ədavəti qızışdırır. Çünki qızışan ədavətin ortasından öz çirkin niyyətləri üçün istifadə etmək istəyir. Bu isə , Fransaya görə oğurluq hesab edilmir o bunu, özünün,, haqqı,, hesab edir. Qafqaz Afrika deyil.Hərcənd ki, indi Afrikadan da Fransanı qova-qova çıxardırlar. Oğrunu isə Qafqaza buraxmaq çox təhlükəlidir. Bunu maşa ermənilər bir qansa.
"Paralel.az"