İran təhlükəsizlik qüvvələri Güney Azərbaycan Milli Hərəkatının fəalını bu gün həbs edib
Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehrdad Şeyxi bu gün saat 11 radələrində Ərdəbil şəhərində atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Paralel.az bu barədə "Azad İran" kanalının xəbər yaydığını bildirir.
Milli fəalın yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri evdə axtarış apardıqdan və şəxsi əşyalarını müsadirə etdikdən sonra onu həbs ediblər.
Qeyd edək ki, milli fəalın həbsinin səbəbləri və hazırda harada olması barədə dəqiq məlumat yoxdur.