İran Ermənistana silah və dron ötürür və Azərbaycanla qarşıdurmaya hazırlaşır

İran Ermənistana silah və dron ötürür və Azərbaycanla qarşıdurmaya hazırlaşır
 

Paralel.az "Azan İran" - a istinadla xəbər verir ki, bunu SEPAH-ın Qüds qanadına yaxın mənbələr təsdiqləyib.

Küveytin “Al-Jarida” qəzeti Azərbaycan və İran KİV-lərində Hindistanın hərbi maşınlarının İran üzərindən Ermənistana daşınması ilə bağlı videomaterialların dərcindən iki gün sonra İrəvana “külli miqdarda texnika və sursat” gətirildiyi barədə məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya, İran və Hindistanın birgə qərarı əsasında son həftələr İran ərazisindən Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silah-sursat, o cümlədən dronlar, əsgərlərin daşınması üçün izlənilən maşınlar, yer-yer və yer-hava tipli raketlər, həmçinin Rusiya və Hindistan istehsalı olan radar sistemləri göndərilən yüklərin içərisindədir.

Mənbənin bildirdiyinə görə, bu, Azərbaycan, Türkiyə və İsrailin addımlarını neytrallaşdırmaq və onların Sünikin (Zəngəzur) "ələ keçirilməsinə" mane olmaq üçün güc balansı yaratmaq məqsədi daşıyır.

 

0.079060077667236