Balakəndən Gürcüstanın Laqodexi rayonuna getmək neçəyə başa gəlir?
Balakəndən 20 km məsafədə olan Gürcüstanın qonşu Laqodexi rayonuna getmək hansı müddətə və neçəyə başa gəlir?
Balakəndə və qonşu Laqodexidə xeyli get-gəli olanlar, qohumluqları olanlar, xeyir-şərində yaxından iştirak edənlər yaşayırlar.
Balakənin sərhəddindən bərk qışqırsan az qala Laqodexinin Qabal kəndində eşidilər.
Balakəndən oraya məsafə təxminən 15-25 km olar.
Sərhədlər açıq olanda, adi vaxtlarda gediş müddəti təxminən 1 saat, gediş haqqı 1-2 manat olardı.
İndi bu insanlar xeyir-şərdə get-gəli aşağıdakı qaydada reallaşdırırlar :
1. Balakən - Bakı ş -450 km ( Vita, 7 saat, 20 manat)
2. Bakı ş - Hava limanı -25 km ( 1 saat, 3-4 manat)
3. Bakı ş -Tbilisi ş ~ 500 km (Təyyarə vasitəsilə , 1 saat, 100+ manat)
4. Tbilisi Hava limanı - Tbilisi ş -15 km, (1 saat, 2-3 manat)
5. Tbilisi ş - Laqodexi (Qabal kəndi) -150 km (2 saat, 10 manat)
Nəticə :
Əvvəllər Balakən -Laqodexi üçün, 15-25 km məsafə qət etmək, 1-2 manat xərcləmək və 1 saat vaxt lazım olurdu.
İndi isə, ən yaxşı halda, 1000 km məsafə qət etmək, 150+ manat xərcləmək və 12 saat vaxt lazımdır.
Əlbətdə, anlayırıq ki, təhlükəsizlik hər şeydən vacibdir.
Bununla belə, ümid edirəm quru sərhədlərin açılması üçün qərar qəbul edənlər, bu qərara təsir edənlər həm də bu qeyd olunanların fərqindədirlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
"Paralel.az"