Reallıq gizlədilə bilər, amma ömrü uzun çəkməz - Siyasi şərhçi
Çingiz Şahbazi:
Qarabağda yaşayan ermənilər əziyyət çəkir və onların əziyyət və iztirablarının səbəbkarları da məhz separatçı rejimin rəhbərləri və Ermənistanın siyasi hakimiyyətidir. Məhz onların Qarabağa görə Azərbaycana qarşı yürütdüyü çirkin və məkirli planları, iddiaları nəticəsində bir türlü bölgədə sabitlik və normal həyat şərtləri öz əksini tapa bilmir. Bunu sadə ermələr başa düşsə də görünən odur ki, əllərindən bir şey gəlməyərək acı nəticələri yaşamaq zorunda qalmaqdadırlar.Separatçı rejimin,, təhlükəsizlik şurası,,nın sabiq,, katibi,, Samvel Babayanın bu günlərdə mətbuata verdiyi açıqlama, bizə yuxarıda qeyd etdiyim vəziyyət haqqında belə deməyə əsas verir. Samvel Babayan, baş separatçı Araik Aratunyanı və Ermənistan baş naziri Nikol Pasinyanı məhz Qarabağda yaşayan etnik ermənilərin bu vəziyyətə gətirilməsində günahlandırır və sadə insanların bu vəziyyətə düşməsində səbəbkar bilir və onların yarıtmaz siyasətləri məhz vəziyyəti daha da ağırlaşdırmasına xidmət edir, deyərək vurğulayıb.Daha sonra Babayan kəskin şəkildə rəsmi Bakının şərtlərini qəbul etməkdən başqa yolun olmadığını qeyd edib və əks təqdirdə bu insanların gələcək taleyi sual altında qalır, deyərək qeyd edib.
Bildiyimiz kimi son vaxtlar istər daxildə, istərsə də xaricdə erməni separatçılarına dəstək verən, muharibə tərəfdarları olan ermənilər yenidən fəallaşıblar və dünya mediasında yalan məlumatlar yayırlar və bu hərəkətləri ilə dünyanı aldatmağa cəhd edirlər. Reallıq gizlədilə bilər, amma ömrü uzun çəkməz. Azərbaycan bu reallıqların dünyaya çatdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir və paralel olaraq separatçı rejimin davranışlarını nəzarət altına almağa çalışır.Bundan başqa beynəlxalq platformalarda ciddi şəkildə separatizmə və onun havadarlarına qarşı layiq olduqları siyasəti sərgiləyir.Bütün bunlar ağlı başında olan erməniləri düşündürür və onlar məhz Azərbaycan prezidentinin konkret təklifləri və şərtləri çərçivəsində etnik ermənilərlin Qarabağ bölgəsində yaşayışlarına davam edə biləcəklərini dilə gətirirlər. Bu əslində reallqdır və reallıq fərziyə və arzulardan fərqli olaraq hər zaman keçərlidir.
"Paralel.az"