Samvel Babayan erməni icmasının başına gətirilir - Ekspert 

Samvel Babayan erməni icmasının başına gətirilir - Ekspert 
 

Çingiz Şahbazi:

Separatçıların arasında münasibətlərin gərginləşməsinə səbəb kimi bir çox amillər göstərmək olar. Bütün bunların hamısını nəzərə alaraq demək olar ki, Qarabağ ermənilərinin icması arasında Azərbaycan tərəfinin qəbul etdiyi və etmədiyi simalar mövcuddur və məhz bu səbəbdən Azərbaycanın, erməni icmasının qarşısına qoyduğu şərtlərdən qaynaqlanan bu gərginliyin əsas səbəblərindən biri kimi Qarabağda doğulmayan və yaşamayan adamların Qarabağda yaşayan etnik ermənilərin adından heç bir halda nə iddia irəli sürə bilər,nə də ki hansısa bir danışıqlarda iştirak etməsinə imkan verilməsi mümkündür.Hazırda məhz Rusiya vətəndaşı olan bu kimi adamların mübarizə aparmasının heç bir halda faydalı ola bilməsi artıq Ermənistan və Xankəndidə anlamağa başlayıblar. Bir məsələ də aydın şəkildə görünür ki, separatçı rejim və Ermənistan hakimiyyəti bütün bu saxta arqumentlər və yalanlarının faydasız olduğunu dərk etməyə məcbur qaldılar və dirənişin, ümumiyyətlə separatizmin mənasız olaraq vaxt itgisindən başqa heç bir halda faydalı ola bilməyəcəyini anlamağa başlayıblar. Bu səbəbdən Qarabağ erməniləri üçün ən məqbul hesab olunan Azərbaycan respublikasının qanunları çərçivəsində onlara təklif olunan şərtlərə uyğun olaraq addımlar atmaları daha məqbuldur və bundan ötəri ilk növbədə danışıqlar prosesinə qatılmaq üçün Azərbaycanın təklif etdiyi kriteriyalara uyğun olaraq öz içlərindən nümayəndələr müəyyən etmələri lazımdır. Hazırda dəyişiklik prosesi gözlənilir və məlumat var ki, Samvel Babayan erməni icmasının başına gətirilir. Əslində, bu adam Azərbaycana qarşı bütün cinayətlərdə iştirak edib və son vaxtlarda fərqli yanaşmalar irəli sürür və bu yanaşmaların əksəriyyəti Azərbaycanın irəli sürdüyü şərtlərə cavab verir.

"Paralel.az"

0.01678204536438