"Daim ermənilərə dəstək nümayiş etdirən ölkələr var..." - Siyasi şərhçi

 

Separatçı rejim qurub və separatizmi istər leqal, istərsə də qeyri leqal yollarla həyata keçirməyə çalışan ermənilər üçün, beynəlxalq hüquqa zidd olaraq humanitar və digər vasitələr adı altında birbaşa separatizmə dəstək verən ölkələrin, əslində atdıqları addımlar heç də həqiqətləri ifadə etmədiklərini göstərməkdədir. Bütün bu əməllərin arxasında Azərbaycan və Türkiyə hədəf götürülüb və bu addımlar siyasi məqsədlər üçün istifadə olunur. Azərbaycan və ən yaxın müttəfiqi olan Türkiyənin 44 - günlük müharibədən sonra bölgədə geosiyasi vəziyyətə ciddi şəkildə təsir mexanizmlərini artırdığını və bunun əslində bir çoxlarının siyasi və iqtisadi maraqlarına cavab vermədiyini nəzərə alsaq , baş verənlərin ehtimalı yox idi demək, düzgün olmazdı. Baş verənlər və bundan sonra da baş verəcək təsir mexanizmləri sözsüz ki, öz siyasi və hüquqi cavabını alacaq. Burda daim ermənilərə dəstək nümayiş etdirən ölkələr var. Bunlar Rusiya və İrandır. Artıq Fransanın da proseslərə aktiv şəkildə qoşulmaq niyyətlərindən əl çəkməməsinin şahidi oluruq. Əslində bütün bunlar onların cəhdləridir.Bu elə cəhd olaraq da başa çatacaq. Burda aldadılan və istifadə olunan tərəf ,hər zaman olduğu kimi yenə də erməni tərəfi olacaq. Bu hər zaman belə olaraq davam edib və ermənilər üçün bütün bu kontekstdə aldığı ,,dəstəklər,, faydasız olaraq başa çatmışdır və bundan sonra da bu kimi addımların Ermənistan və Qarabağda yaşayan etnik ermənilərə heç bir fayda verə bilməz.Əksinə münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlara yeni problemləri əlavə edəcək və bu da öz növbəsində danışıqlar prosesinin ömrünü uzadaraq öz mənfi təsirini göstərə bilər. Mənfi təsirini dedikdə bu ilk növbədə etnik ermənilərə və Ermənistana daha çox öz təsirini göstərəcək. Çünki Azərbaycan bütün hallarda haqlı durumdadır və münaqişənin həlli istiqamətində atdığı addımlar da tam olaraq beynəlxalq hüquqa və ədalətə əsaslanır.

"Paralel.az"

0.03236198425293