Məmməd Araz - 90

Məmməd Araz - 90
 

Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunan şeir müsabiqəsinə ünlü şairimiz Kəmalə xanım Abıyeva da bir şeir təqdim edib. Buyurub tanış ola bilərsiniz:

Dünya sənin, dünya mənim, dünya heç kimin…

Kimindi dünya

Deyirlər adamlar sığmır dünyaya
deyirlər adamlar dünyadan çoxdu.
Bəs niyə yetimə oxşayır dünya
elə bil dünyanın kimsəsi yoxdu...

Min ildi, milyondu-yaşı, kim bilir?
özü öz-özündən qədimdi dünya.
Gələnin, gedənin sayı bilinmir,
Amma ki elə bil yetimdi dünya

Bitib tükənməyən xəyallar kimi
neçə qışı ötüb, neçə də yazı.
Amma eyni adlı adamlar kimi
fərqlidi hər yayı, hər bir payızı.

Nə sənin, nə mənim, nə heç kiminsə
bəs onda görəsən kimindi dünya?
Məmməd Arazın da əgər deyilsə,
demək ki, doğrudan yetimdi dünya...

"Paralel.az"

0.10007095336914