TƏBİB-də əməliyyat keçirilməsinə ciddi ehtiyac var - Araşdırma

TƏBİB-də əməliyyat keçirilməsinə ciddi ehtiyac var - Araşdırma
 

TƏBİB-dən rüşvətlə təyinat alan bütün həkimlər belə deyir

Etiraf etmək lazımdır ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev cənab Prezidentin tutduğu kursa xəyanət edir və onlara edilən etibarı doğrultmurlar.

Ölkədə yüzdən çox xəstəxananı tabeliyinə alan TƏBİB-in sahibi Vüqar Qurbanov, sözün əsl mənasında, bazar açıb, ona görə də xəstəxanalara direktor, baş həkim və digər vəzifələrə təyin olunan həkimlər yaxın çevrəsinə, hətta bəziləri rəhbər olduğu tibb ocağında təyin olunduğu zaman rüşvət verməklərini deyirlər.

Ölkə Prezidenti hazırda rüşvətxorluğa qarşı ciddi mübarizə aparır, DTX və Baş Prokurorluq az qala, hər gün rüşvətxorları yaxalamaq üçün əməliyyat keçirir, amma TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bundan düzgün nəticə çıxarmır və tabeliyində olan xəstəxanalara kadr təyin edərkən, heç kimdən çəkinmədən, aşkar RÜŞVƏT alır.

Ökə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev son 3 il ərzində erməni işğalından azad olunmuş torpaqlarda quruculuq işlərilə məşğul olmasından sui-istifadə edən Vüqar Qurbanov kimi, bəzi fürsət yoxsulları rüşvət yığmaqla, öz çirkin məqsədlərinə xidmət edirlər.

Hamı gözləyirdi ki, Vüqar Bayramlıdan sonra TƏBİB-ə icraçı direktor təyin olunan Vüqar Qurbanov təzə fəaliyyətə başlayan səhiyyə orqanında baş alıb gedən çirkin əməllərə son qoyacaq. Təəssüf ki, hər şey tərsinə oldu, başda icraçı direktor olmaqla, bütün komanda köhnə əlləm-qəlləm eybəcərlikləri daha da gücləndirdilər, TƏBİB-in tabeçiliyində olan bütün tibb müəssisələrinə direktor, baş həkim, digər təyinatlar kütləvi şəkildə rüşvət əsasında aparılır.

Ölkə ictimaiyyəti hesab edir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkə Prezidentinin "Rüşvətxorluğa qarşı mübarizə tədbirləri haqqında" Sərəncamını pozduğuna görə, ciddi cəzalandırılmalı və rüşvətlə yığdığı milyonlar ondan alınıb dövlətə qaytarılmalıdır.

Mirdaməd

Paralel.az

0.017131090164185