"Qalatasaray" Serxio Ramosu transfer etmək istəyir

 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Molde"ni 3:2 hesabı ilə məğlub edərək qruplara düşmə yolunda böyük üstünlük əldə edən "Qalatasaray" transfer işlərini sürətləndirməyə qərar verib.
Paralel.az xəbər verir ki, transfer dövrünün bitməsinə az qalmış işini intensivləşdirən sarı-qırmızılılarda həyəcanlı saatlar davam edir.

Molde səfərində yüksək səviyyəli oyun göstərərək yaddaşlara yazılan futbolçu Yunus Akgün Norveçdən qayıdarkən komanda yoldaşları ilə vidalaşıb. Yunus dünən səhər meneceri ilə birlikdə "Lester Siti"yə transferi üçün İngiltərəyə yollanıb.

500 min avro icarə haqqı olan 2000-ci il təvəllüdlü futbolçunun 9 milyon avroluq alış müqaviləsi var. Əgər "Lester" Premyer Liqaya yüksəlsə və Yunus oyunların yarısında vaxt tapsa, satın alma müqviləsini aktivləşəcək.

Müdafiəni gücləndirməyi planlaşdıran sarı-qırmızılıların siyahısında birinci yerdə ispaniyalı müdafiəçi Serxio Ramos olub. Verilən məlumata görə, klub Serxio Ramos üçün danışıqları hələ də davam etdirir. Belə ki, ötən gecə "Qalatasaray" rəhbərliyi və ispan oyunçunun nümayəndələri masa arxasına əyləşiblər.

"Sportif A.Ş."nin sədr müavini Erden Timur Ramosun nümayəndəsi ilə görüşərkən "Qalatasaray" adından futbilçu üçün 6 milyon avro zəmanət haqqı və bonus təklif edib. 37 yaşlı ispan futbolçunun nümayəndələri isə 10 milyon avro (286 milyon TL) (bonuslar daxil) istəyib. Tərəflər razılığa gələ bilməyib.

"Qalatasaray"ın Çempionlar Liqasında qalmasını da şərtləndirən ulduz futbolçunun nümayəndələri ilə gələn həftə daha bir görüş keçiriləcək. Sarı-qırmızılı komanda Ramos üçün 7,5-8 milyon avro civarında bir rəqəmi verməyə hazırdır.

Hazırda “Qalatasaray”da ən çox maaş alan argentinalı hücumçu Mauro İkardidir. Bu rəqəm 10 milyon avrodur.(Bizimyol.info)

 

0.013346910476685