Rus sülhməramlı erməniləri niyə hiddətləndirdi?

Rus sülhməramlı erməniləri niyə hiddətləndirdi?
 

Erməni mediası yazır ki, rusiyalı sülhməramlı “Azadlıq” radiosunun erməni xidmətinin müxbirinin işinə müdaxilə edərək ondan kamerasını götürüb ərazidən uzaqlaşmasını istəyib.

Paralel.az xəbər verir ki, hadisə Laçın sərhəd-keçid məntəqəsindən keçərək separatçılardan ibarət dəstənin getdiyi Gorusda baş verib.

Erməni mətbuatı Azərbaycan jurnalistləri Laçın sərhəd-keçid məntəqəsində çəkiliş apararkən sülhməramlıların heç nə etməməsindən hiddətlənib.

Ərazi müstəqil Azərbaycanındır və sülhməramlılar burada heç nəyə qərar vermir. Onlar təbii ki, qonaq və müvəqqəti fəaliyyət göstərirlər. Ermənilər özlərini Azərbaycanla müqayisə etməyə çalışır və unudurlar ki, sərhədləri Rusiya FTX-sinin nəzarətindədir.

 

0.012152910232544