“Narahat Qarabağ” kitabının müəllifi Ermənistana buraxılmadı

“Narahat Qarabağ” kitabının müəllifi Ermənistana buraxılmadı
 

Rusiyanın sosiologiya elmləri doktoru, professor, “Narahat Qarabağ” “Неспокойный Карабах) kitabının müəllifi, Rusiya-Ermənistan Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskov İrəvanda hava limanından ölkəyə girişinə imkan verilməyib. 

Paralel.az ” “hraparak”a istinadən xəbər verir ki,  ermənipərəst rusiyalı professor avqustun 24-də Ermənistana növbəti dəfə səfər edərkən İrəvan hava limanında saxlanılaraq, ölkə üçün “xoşagəlməz” insan elan olunduğundan Ermənistana girişi qadağan edilib.

Ermənipərəsət professor, ömrünün 2/3-ni Ermənistanda keçirmiş “Narahat Qarabağ” kitabının müəllifi Viktor Krivopuskov ermənilərin bu hərəkətindən bərk qəzəblənib və inciyib. 

Krivopuskov yaranmış vəziyyətlə bağlı bunları deyib:
“Mən Rostovda anadan olmuşam. Mənim həyatım Ermənistanla bağlıdır. Mən çoxdandır ki, ermənilərin tarixi ilə maraqlanıram və məni Ermənistana buraxmamaq üçün heç bir səbəb yox idi”, - o qeyd edib.

Sərhədçilər Krivopuskova girişə icazə verilmədiyini əvvəlcədən söyləməyiblər. 

“Bir işçi mənə dedi ki, ayrı otağa keçin və bütün hallar aydınlaşana qədər gözləyin. Bu 4 saat davam etdi. Sonra o, Ermənistan Respublikası hökumətinin qərarı ilə ölkəyə girişimin qadağan edildiyini, Ermənistan üçün “persona non-qrata” hesab edildiyimi mənə bildirildi”, - Krivopuskov deyib. 

Ona hər hansı başqa izahat verilmədiyini və buna ehtiyacı olmadığını deyən Krivopuskov əlavə edib ki, hakimiyyət ölkəyə girişi qadağan etməklə insanların ağzını bağlaya, onları hakimiyyəti tənqid etməməyə məcbur edə bilməyəcəklər.

 

0.016156196594238