Cahilliyin təsirləri -2
Məmməd Talıblı yazır...
“Senin cahilligin benim yaşamımı etkiliyor” kitabı haqda
Celal Şengör maddi baxımdan zəngin ailədə doğulub. O, “sosyete” partisindən çıxıb bilim insanlarının akademik çevrəsinə düşməsi çətin olmayıb. Görünür Celal bey də bu sosial transformasiyanı asan edən onun özündə müəyyən mənada yumşaq bacarıqlara (soft skills – liderlik, ünsiyyət bacarığı və s.) sahib olması ilə bağlı olub.
Onun çoxlu dil bilməsindən başlamış dünyanın əksər ölkələrini gəzməsinə qədər Celal Şengörə qazandırdığı mənəvi zənginlik əlahiddə bir üstünlükdür. Hər ağıllı zəngin ola bilmədiyi kimi hər zəngin də ağıllı, bilgili ola bilmir.
Celal bəy bunu bacarmış və zəngin ailənin uğurlu övladı kimi dünyada populyarlıq qazana bilmişdir. Məhz bu nöqtə ilə əlaqəli kitaba Ön söz yazan Gamze İyem qeyd ki, onun Celal Şengör olmasının səbəbi pullu olması deyil, maraqlı və bilgili olması ilə bağlıdır.
İlhamı yaxalamaq və plan qurmaq bacarığı
Kitabın əslində ünvanlandığı bir neçə maraqlı mesajlar var. Onlardan biri şəxsi inkişaf planına malik olan insanlarla bağlıdır. Həyatını planlı qurmaq istəyənlər, hansı keyfiyyətdə təhsil almağı arzu edənlər, necə bir övlad yetişdirmək düşüncəsində olanlar üçün bu kitabı oxumaq çox faydalıdır.
Bu kitabın ilk növbədə verdiyi mesajlardan biri də dərin düşüncə insanlarının cahil toplumlarda çəkdiyi əzabın dərinlikləri ilə bağlıdır. Bu kitab da cahilliyin bir cəmiyyətin halının necə qapqara rəngdə olduğunun mənzərə sanki beyinlərdə şəkilləndirilir. Müəllif bu cəhalətin onun heydən, taqətdən saldğına görə sanki acizanə formada deyir: “Mən hər gün cəhalətin altında əzilirəm.”
Ola bilsin Türkiyə cəmiyyətində çoxsaylı insanlar özlərini Celal bəy qədər cahil toplumdakı kimi hiss etmirlər. Onlar üçün cəmiyyətin Qİ (intelektual əmsalı) aşağı deyil. Amma Celal Şengör cahillikdən əzab çəkən yolu az qala cəmiyyətə göstərərək yazır ki, buradan keçərsiniz, mənim gördüklərimi görə bilərsiniz. Yəni siz toplumu görmək üçün başqa yoldan keçirsiniz və toplumun gerçək halın görmürsünüz demək istəyir.
Celal Şengörə görə həyatda şansı gözləmək yox, onu zamanında yaxalamaq önəmlidir. Lakin buna baxmayar ondan da vacibi öncəlliklə çalışmaqdır. İnsan gələcəyini qurması üçün ilhamı gözləməməlidir, əlindəki və əldə edə biləcəyi resurslara söykənərək yaxşı planlar qurmalıdır.
Planının tutmadığı yerlərdə isə növbəti planlar qurmağa da hazır olmalıdır. Başqa sözlə Celal Şengör ilhamı gözləniləsi bir şey olmadığını, lakin onun ağıllı başlara tərəf getdiyini yazır. Bethoven də oxşar fikri də vaxtı ilə yazırdı: ilham tənbəllərin yanına getməyi sevməyən qonaqdır.
(ardı var)
"Paralel.az"