Alim, AYB-nin üzvü, bədii tərcüman Firuzə Məmmədlinin müraciətinə qeydlər

Alim, AYB-nin üzvü, bədii tərcüman Firuzə Məmmədlinin müraciətinə qeydlər
 

Firuzə Məmmədli 17 avqust tarixində F/B səhifəsində “MƏNDƏN DEMƏKDİR” rubrikasında “Milli dilimizdə “YALNIZ” və “YALQIZ” sözlərinin fərqli məna daşımasını göstərir, eyni zamanda bu sözlərin məna çalarını qarışıq salan yazarlara öz iradını bildirir.Alim doğru olaraq göstərir ki, “yalnız” konkretlik bildirən ədatdır, “yalqız” isə “tək, tənha, yalqızlığı” bildirən sifətdir.Rubrikanın sonunda dilçi alimlərə aydınlıq gətirmək üçün müraciət etmişdir.
Müraciətə rəngarəng və müəllifin fikrini təsdiq edən cavablar verilmişdir.
Lakin müraciətə cavabda görkəmli dilçilərin cavablarını görmədim.Bəlkə də bunun bir çox dilçilər tərəfindən təkrarlandığı nöqteyi nəzərindən cavab verilmiş kimi reaksiya vermişlər.Ola bilsin ki, o cavablar onları qane etmişdir.Təkrar etmək istəməmişdilər...
Əslində isə bu günə qədər heç bir dilçi alim “yalnız” və “yalqız” sözlərini fonoloji tədqiq edə bilməmişdir.Yəqin ki, tədqiq olunsaydı milli dilimizə böyük töhfə olardı...
Fonoloji açılış yalnız dilçiliyin ana xətti olan müqayisəli paralelizmin əsasında mümkündür.Əgər biz bu sözləri digər dil ailələrində incələsək bu günə qədər heç bir dil qrupunda dilçi alimlər həmin sözlərin fonoloji izahlarını verə bilməmişlər.Həqiqətən də semantika bütün dillərdə eyni paralellikdədir.
Keçək mövzunun təhlilinə.”YALNIZ” və “YALQIZ” sözlərinin izahına.Qədim Oğuz dilindən başlayaq.Hər iki məfhumun kökü olan “yal” sözü M.Kaşğarinin Divanü Lüğat-it-Türkündə(Tərcüman Pr.Ramiz Əskərdir.) “yalınquk” sözü “adam, insan, insanlar” kimi verilir.2-ci heca “luk” isə müasir dilimizdə olan “lıq-4” dür.İnsan sözünün qədim cəm formasıdır.Söz teofordur.”Yal” sözü”tək bir” kimi “bir nəfər, hər bir” mənasına gəlir.Sözlərin ikinci hecası sonor “nız,qız” heçliyi bildirən “sız-4” şəkilçisidir.”Yal” sözü o qədər qədimdir ki, onu ancaq teolinqvistika elmi öyrənə bilər.”Yal” sözü Qədim Oğuz dilində “adam” mənasını bildirən “qor” sözündəndir.Sözdə assimliasiya:q-y;r-l mümkün qohum samit keçidi olmuşdur.Sonrakı dövrlərdə sözdə eliziya (səsdüşümü) baş vermiş və söz “ər” şəklini almışdır.
Fars dilində “yalnız” -“hərgiz” - “kimsəsiz” sözündə də “hər”-“ adam”, “giz” isə bizim “sız-4” mənasını bildirir.
İngilis dilində “yalnız” sözü “only”; “yalqız” sözü isə “loneli, alone, ” kimi mənalanır.Sözlərin qədim kökü “one” –“tək, bir” sözündəndir.”One” sözü eyni zamanda “own”-“öz, adamın özü” sözü də adam, fərd, nəfər mənasını bildirir.Söz Fironizmdən dalğa nəzəriyyəsi əsasında yaranıb.”Own” sözü Firon(Firovn) sözünün ikinci hecası olan “ovn” sözündəndir.İngilis dilində “oven”, “furnace”, latın dilində “fornax, furnus” sözləri də Fironun adından “od” mənasını bildirən “kürə, soba, peç” və s.sözlərdir.İngilis dilində “birinci” sözü də “first” kimi ifadə olunur.(İngilis dilində bu sözlərin köklərinin izahını heç Oxford Universitetinin Akademikləri də aça bilməz və aça bilməmişdilər.) Latın dilində də “yalnız” sözü “solum, unus”, “yalqız” sözü isə “solum, solus, sola” kimi mənalanır.Sözün teoforluğu göz qarşısındadır.”Sol” latın dilində Tanrı inancı “Günəş” mənasındadır.”Tək Tanrı” mənasını bidirir.Latın dilində də “unus” sözü “bir” deməkdir.(Yəni təktanrıçılığın ibtidai forması.)Latın dilində “person”-“şəxs” sözü də Fironizmdən gəlir:”fir-pir”.”Prima” da “bir” deməkdir.
Alimin şərhində “yalnız” sözü örnəklərdə olduğu kimi konkretliyi bildirən ədat kimi verilir.Ədatın təsvirində bildirilir ki, mənası bilinməyən, sözə güc qatan ifadələrə ədat deyilir.Görəsən ən qədim insanlarda dilçilik elmindən bir əsər əlamət olmuşdur?(Müəllifə yox, örnəklərə şamil edirəm.)Dilçilik elminin yaşı heç 300 ili keçmir.
“Yalnız” sözü tədqiq edilmədiyindən mənası bilinməyən “ədat”a çevrilmişdir.”Yalnız” burada Tanrıya and işmək mənasında qədim insanlar tərəfindən işlədilmişdir.Müəllifin ədat kimi işlətdiyi “Yalnız səni düşünürəm” cümləsindəki “yalnız” sözünün yerinə “Allah haqqı” ifadəsini ”Allah haqqı (tək) səni düşünürəm” kimi işlətsək, burada “yalnız” sözünə ehtiyac duyulmayacaqdır.Dilimizdə olan ədatlar:”amma, ancaq, çünkü, əgər, yoxsa” və nə qədər ədatlar tanrı adlarındandır.Yəqin bunu görkəmli bir alim desə və sübut etsəydi, aləmdə adı çıxardı.(Mənim kimi yox.)
Araşdırma çətin olsa da, Firuzə xanımın müraciəti məni müəssir etdi və mənə təkan verdi ki, bu ifadələrin fonoloji köklərini tapım.Apardığım araşdımaların əsas qayəsi milli dilimizə rənglər gətirməkdir.Məqalədə sözlər bədii təsvirlə deyil, fonoloji qaydada (milli) tədqiqinin sübutu əsasındadır.Hansı bir dilçi alimi qane etməzsə, əlavə məlumat verə bilərəm.
Firuzə Məmmədliyə öz təşəkkürümü bildirirəm. Tərəfimdən alimə adının mənasını bildirmək istəyirəm.Adınız Tanrısaldır.”Fir” də “günəş”dir, “Ru+z” da “günəş”dir Tanrının adından yaranmadır.Yəni Fironizmdən gəlir.Firon və Ramzesin adlarındandır.Qədim Misirlilərin qiymətli daşlara Tanrılarının adını vermək tendensiyasındandır.
P.S. Hərdən istəyirəm yazam, hərdən də yox.Ömər Xəyyam yadıma düşür.”Xəyyam! Sənsiz də dünyanın işi keçərmiş.”Yəni mən yazdım ya yazmadım dilçilik elminə nə fərq edər ki?
Hərdən istəyirəm ki, yazımı ingilis dilində(ixtisasım üzrə) dərc edim, sonra düşünürəm ki, onlar bizimkilər kimi deyil.Çox sayda oxucu, çox sayda suallar.Onlara cavab verməyə nə gecənin, nə də gündüzün vaxtı çatmaz...
Sizlərə təşəkkür edirəm.

Müəllif: Həsən Əliyev

"Paralel.az"

 

0.021476984024048