İki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

İki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
 

Xorvatiyada keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı davam edir.

Paralel.az xəbər verir ki, fərdi yarışların son günündə Azərbaycanın iki cüdoçusu uğur qazanmağa çalışacaq.

90 kq çəki dərəcəsində Aslan Kotsoyev, 90 kq-dan yuxarı çəkidə isə Ramazan Əhmədov mübarizə aparacaqlar. Aslan Kotsoyev 1/16 finalda Perez Ramirezlə (İspaniya), Əhmədov 1/8 finalda Emiliano Rossi (İtaliya) - Lukas Paulauskas (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.

 

0.014286994934082