Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək - AFİŞA

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək - AFİŞA
 

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tur davam edir.

Paralel.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Səbail”i qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 17:00-da başlayacaq.

Digər matçda lider “Zirə” öz meydanında “Sabah”la qarşılaşacaq. Oyuna saat 19:30-da start veriləcək.

Qeyd edək ki, turun qalan iki matçı sabah keçiriləcək. “Qarabağ” “Kəpəz”i, “Neftçi” “Qəbələ”ni sınağa çəkəcək. Turun dünən baş tutan ilk oyununda “Araz-Naxçıvan” və “Sumqayıt” qollu (1:1) heç-heçəyə razılaşıblar.

Azərbaycan Premyer Liqası

IV tur

26 avqust (şənbə)

17:00. “Turan Tovuz” - “Səbail”

Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

19:30. “Zirə” - “Sabah”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu

 

0.013088941574097